Həzrət Səccad əleyhissəlamın Ramazan ayı ilə vidalaşması
- Tarixində 18 February 2026
- Saat 07:36
Ey bəndələrinə etdiyin ehsanın əvəzində mükafat istəməyən, əta və lütf göstərməkdən peşiman olmayan Rəbbim. Ey bəndəsinə muzdunu əməlindən ödəyən, ne’mətin layiq olmayan bəndələrinə yetər, əfvin ehsan, cəza verməyin ədalət, cəzan xeyrin özüdür. əgər bəxşiş etsən onu minəttlə bulaşdırmazsan, mərhəmət göstərməməyin zülm üzündən deyil
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, bu gün mənim səyimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, məni bu gün Sənin övliyanı sevənlərdən, düşmənlərini düşmən bilənlərdən, sonuncu Peyğəmbərin (sallallahu əleyhi və alih) din və şərəfini üstün tutub, onun buyurduqlarına əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqlardan qoruyan Allah!
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən məni təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən və asayiş yeri qərar ver. Ey möhtac bəndələrin ehtiyacını ödəyən!
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:36
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını üzümə bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərində aramlıq yaradan!
