Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:24
İlahi, bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir. Ey qorxanlara aman verən!
Həzrət İmam Həsən əleyhissəlamın təvəllüdü
- Tarixində 18 February 2026
- Saat 07:24
Həzrət İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il...
Həzrət Səccad əleyhissəlamın münacatlarından
- Tarixində 18 February 2026
- Saat 07:24
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bizi tohidində azmaqdan, Səni sitayiş etməkdə səhlənkarlıq göstərməkdən, dininə şəkk etməkdən, yoluna kor olmaqdan haram etdiklərinə saymazyana yanaşmaqdan uzaqlaşdır
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:24
İlahi, bu gün məni azğınlıqlarıma görə məzəmmət etmə. Bur gün xəta və günahlarıma göz yum. Öz qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!
Həzrət İmam Səccad əleyhissəlamın dualarından
- Tarixində 18 February 2026
- Saat 07:24
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayda beş vaxt namazı vaxtını bildirib hədlərini müəyyən edərək şərtlərini bəyan etdiyi kimi tanımağa agah et
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:24
İlahi, bu gün məni çirkin əməl və pis işlərdən pak et. Bu gün qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbir və dözüm ver. Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı!
Həzrət İmam Səccad əleyhissəlamın dualarından
- Tarixində 18 February 2026
- Saat 07:24
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayın üstünlüyünü tanımağı, onu əziz tutmağı, o ayda haramlardan çəkinməyi bizə ilham et
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 07:24
İlahi, bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir. Mənə qənaət və kifayət libasını geyindir. Məni bu gün ədalət və insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanları qoruyan!
