İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
- Tarixində 18 February 2026
- Saat 09:11
...Bu ayda imanı bir neçə bərabər etdiyinə görə, onda oruc tutmağı vacib buyurub o ayda gecəni oyaq qalmağa rəğbətləndirib, min aydan üstün olan Qədr gecəsini onda qərar verdiyin kimi bizə də keçmiş ümmətlərindən üstünlük verdin, lütfü sayəsində bizi bütün millətlər arasından seçdin, beləliklə Sənin əmrinlə gündüzünü oruc tutduq, gecəsində Sənin yardımınla ibadətə qalxdıq, oruc və...
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 09:11
İlahi, ağamız Məhəmməd (sallallahu əleyhi və alih) və onun pak Əhli-beytinə xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!
İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
- Tarixində 18 February 2026
- Saat 09:11
Ey ehsan və lütfünlə bəndələrini həmdə çağıran, onları Öz bəxşişin ilə qərq edən, Sənin bizdə olan ne’mətin necə də aşkar və geniş yayılmışdır! Bir olan ehsanın necə də boldur! Bizə olan yaxşılıqların necə də xüsusidir! Bizi seçdiyin dinə hidayət etdin, bəyəndiyin şəriətə yol göstərdin, rahatladığın yolun yolçusu etdin, dərgahında yaxınlaşmağa, kəramətinə yetişməyə olan...
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 09:11
İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah!
İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
- Tarixində 18 February 2026
- Saat 09:11
...Buna görə həqiqi bəndələrin ne’mətinlə Səni yad etdilər, bəxşişinlə Sənə şükr etdilər, əmrinlə dua etməyə qalxdılar, bol bəxşişini almaq xatirinə sədəqə verdilər, onların Sənin qəzəbindən yeganə xilas yolu, razılığına yetmək üçün bir yol var idisə onda idi
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 09:11
İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
İmam Səccad əleyhissəlamın Ramazan ayı ilə vida duası
- Tarixində 18 February 2026
- Saat 09:11
...Sən özün buyurmusan: «Hər kəs yaxşılıq edərsə, on bərabər əvəzi olacaqdır və hər kəs pislik edərsə, onun mislindən artıq cəza görməz»-həmçinin buyurmusan: «Mallarını Allah yolunda sərf edənlərin məsəli yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır və Allah istədiyi kimsə üçün onu bir neçə qat artırar»
Ramazan ayının gündəlik duaları
- Tarixində 18 February 2026
- Saat 09:11
İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!
