Ramazan ayının onuncu gününün duası
- Tarixində 19 February 2026
- Saat 11:59
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Bu gün Sənin hüzurunda yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi!
Ramazan ayının gecələrində oxunan dua
- Tarixində 19 February 2026
- Saat 11:59
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!
Ramazan ayının doqquzuncu gününün duası
- Tarixində 19 February 2026
- Saat 11:59
İlahi, mənə bu gün Öz geniş rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et, məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!
Ramazan ayının səkkizinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 11:59
İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı!
Ramazan ayının yeddinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 11:59
İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən!
Ramazan ayının gecə-gündüzündə olan müştərək əməlləri
- Tarixində 19 February 2026
- Saat 11:59
Bu müqəddəs ayda dua edib hacətlərin qəbulunu istəmək, həcc ziyarətini, Əhli-Beyt əleyhimussəlamın məzarlarının ziyarətini diləmək, günahların bağışlanması və xeyirli aqibətə nail olmağı arzulamaq və bu kimi digər istəkləri nəzərdə tutmaq çox təsirli və müsbət nəticəlidir
Ramazan ayının altıncı gününün duası
- Tarixində 19 February 2026
- Saat 11:59
İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu
İftar zamanı oxunan dua
- Tarixində 19 February 2026
- Saat 11:59
Allahın adı ilə! Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et. Çünki Sən eşidən və bilənsən
