Ramazan ayının iyirmi üçüncü gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!
Ramazan ayının iyirmi ikinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
Ramazan ayının iyirmi birinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey ehtiyaclı olan bəndələrin ehtiyacını ödəyən!
Ramazan ayının iyirminci gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərində aramlıq yaradan!
Ramazan ayının on doqquzuncu gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbul olunmasından məhrum etmə. Ey açıq-aşkar haqqın tərəfinə hidayət edən!
Ramazan ayının on səkkizinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün Ramazan ayının nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Ey qəlbləri nurlandıran Allah!
Ramazan ayının on yeddinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlbində olanları bilən, salamın olsun Məhəmməd və onun pak Əhli-beytinə!
Ramazan ayının on altıncı gününün duası
- Tarixində 19 February 2026
- Saat 13:43
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Bu gün məni pis insanlardan uzaqlaşdır. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Sənə allahlığını and verirəm, ey aləmlərin Rəbbi!
