Ramazan ayının iyirmi üçüncü gününün duasının qısa şərhi
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Bu əziz gündə mənim günahlarımı yu, mənim nöqsan və eyiblərimi təmizlə, qəlbimi imtahanla müttəqilərin qəlblərinin rütbəsinə alışdır; Ey günahkarların xatalarının üzrünü qəbul edən!
Ramazan ayının iyirmi ikinci gününün duasının qısa izahı
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Bu gün Öz fəzilət və kərəm qapılarını mənim üzümə aç və bərəkətini mənə nazil et və məni Öz razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et və cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi
- Tarixində 18 February 2026
- Saat 15:19
Bismilləhir-Rahmənir-Rahim Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ إِلَى مَرْضَاتِكَ دَلِيلا وَ لا تَجْعَلْ لِلشَّيْطَانِ فِيهِ عَلَيَّ سَبِيلا وَ
Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Bu gün razı olduğun əməllərin yolunu mənə göstər, şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə, məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məqam qərar ver. Ey hacətləri olan bəndələrin ehtiyacını ödəyən!
Ramazan ayının iyirminci gününün duasının qısa izahı
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Bu gün mənim üçün Behişt qapılarını aç və cəhənnəm qapılarını üzümə bağla, məni Quranın tilavətinə müvəffəq et; Ey möminlərin qəlblərini aram edən!
Ramazan ayının on doqquzuncu gününün duasının qısa şərhi
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Ramazan ayının bərəkətlərindən məni çox bəhrələndir, bu ayın xeyirli əməllərinin yolunu mənim üçün asanlaşdır, bu ayın məqbul həsənatından və qəbul olunmuş yaxşı əməllərindən məni məhrum etmə; Ey haqq dinə və aydın həqiqətə hidayət edən!
Ramazan ayının on səkkizinci gününün duasının qısa şərhi
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni ayılt və agah et; Bu gün Ramazan ayının nurları ilə qəlbimi işıqlandır; Mənim bütün bədən üzvlərimi bu ayın bərəkət və əsərlərinə təslim et; (bütün fikrim və əməlim bu ayın əməllərinə məşğul olsun) Öz camalının nuru ilə! Ey ariflərin qəlblərini nurlandıran!
Ramazan ayının on yeddinci gününün duasının qısa izahı
- Tarixində 18 February 2026
- Saat 15:19
İlahi! Bu gün məni saleh əməllərə yönəlt və mənim bütün arzu və hacətlərimi həyata keçir; Ey, sual və şərhə ehtiyacı olmayan Allah! Ey aləmlərin (xəlqin) qəlbində olanları bilən! Muhəmməd və onun pak Əhli-beytinə salam və salavat göndər!
