Ramazan ayının 6-cı gününün duası
- Tarixində 17 February 2026
- Saat 16:17
İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu
Ramazan ayının 5-ci gününün duası
- Tarixində 17 February 2026
- Saat 16:17
İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni təvazökar və saleh bəndələrindən qərar ver. İlahi, bu gün Öz məhəbbət və mərhəmətinlə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin ən mərhəmətlisi!
Ramazan ayının 4-cü gününün duası
- Tarixində 17 February 2026
- Saat 16:17
İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şük etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!
Mübarək Ramazan ayının fəzilətləri
- Tarixində 17 February 2026
- Saat 16:17
Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz ibadət savabı daşıyır. Sizin bu ayda əməlləriniz və dualarınız qəbul olunmuşdur. Günahlardan və pis sifətlərdən təmizlənmiş qəlblərlə,...
Namaz, yəqinə çatmaq yolu
- Tarixində 17 February 2026
- Saat 16:17
Həzrət Ayətullah Şeyx Cavad Fazil Lənkəraninin (Allah bərəkətli ömrünü uzun etsin) "Namazın əsrarı və ədəb qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
«Camiəyi-kəbirə» ziyarətnaməsinin şərhi
- Tarixində 17 February 2026
- Saat 16:17
«Camiəyi-kəbirə» ziyarətnaməsində ziyarətçi, məsumların böyük Allaha itaət və bəndəlik dərəcələrini bəyan edərək Pərvərdigarın onlara əta buyurduğu xüsusi nemətləri sayır. Sonra məsumların ən yüksək mənəvi məqamlara çatıb Allahın kamil ayələrindən olmalarına belə iqrar edir: «Hər kəs onların sözünü eşitsə, Allah sözünü eşidibdir. Hər kəs onların kəlamından faydalansa, İlahi...
Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi
- Tarixində 17 February 2026
- Saat 16:17
Məsum imamlar böyük həqiqətləri və müqəddəs maarifi dua və ziyarət şəklində ümmətə bəyan buyurmuşlar. Bu baxımdan, Əhli-beyt əleyhimussəlamın duaları və ziyarətnamələrinin əhəmiyyəti və onlara olan ehtiyac daha çox aşkar olur
Həzrət İmam Sahib əz-Zaman əleyhissəlamın mövludu
- Tarixində 17 February 2026
- Saat 16:17
Hicri-qəməri 255-ci il Şəban ayının 15-i bəşərin nicat vericisi, Bəqiyyətullah həzrət İmam Sahib əz-Zamanın (əleyhissəlam) mövlud günüdür. Əhli-Beyt əleyhimussəlamın bu sevinc və şad günündə Onlarla həmrahlıq edib Höccət ibni Həsən Əleyhimgücəsi vəssəlamın hüzuruna təbrik deyir, bütün Əhli-Beyt aşiqlərinə gözaydınlığı veririk!
