Ramazan ayı: 18-ci günün duası
- Tarixində 17 February 2026
- Saat 19:51
İlahi, bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün Ramazan ayının nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Ey qəlbləri nurlandıran Allah!
Ramazan ayı: 17-ci günün duası
- Tarixində 17 February 2026
- Saat 19:51
İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlbində olanları bilən, salamın olsun Məhəmməd və onun pak Əhli-beytinə!
Ramazan ayı: 16-cı günün duası
- Tarixində 17 February 2026
- Saat 19:51
İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Bu gün məni pis insanlardan uzaqlaşdır. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Sənə allahlığını and verirəm, ey aləmlərin Rəbbi!
Həzrət İmam Həsən əleyhissəlamın təvəllüdü
- Tarixində 17 February 2026
- Saat 19:51
Həzrət Əli əleyhissəlamın xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir
Ramazan ayı: 15-ci günün duası
- Tarixində 17 February 2026
- Saat 19:51
İlahi, bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir. Ey qorxanlara aman verən!
Ramazan ayı: 14-cü günün duası
- Tarixində 17 February 2026
- Saat 19:51
İlahi, bu gün məni azğınlıqlarıma görə məzəmmət etmə. Bur gün xəta və günahlarıma göz yum. Öz qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!
“Hüzuri- qəlb” məsələsində qəlb sözünün mənası
- Tarixində 17 February 2026
- Saat 19:51
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
Ramazan ayı: 13-cü günün duası:
- Tarixində 17 February 2026
- Saat 19:51
İlahi, bu gün məni çirkin əməl və pis işlərdən pak et. Bu gün qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbir və dözüm ver. Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Ey yoxsulların gözünün işığı!
