pic
pic
Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Doqquzuncu günün duası: İlahi, mənə bu gün Öz geniş rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et, məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!

MÖVZUNUN DAVAMI

827 Görüş

Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Səkkizinci günün duası: İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı!

MÖVZUNUN DAVAMI

831 Görüş

Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Yeddinci günün duası: İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən!

MÖVZUNUN DAVAMI

898 Görüş

Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Altıncı günün duası: İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün Öz minnət və qüdrətinlə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu

MÖVZUNUN DAVAMI

804 Görüş

Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Beşinci günün duası: İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni təvazökar və saleh bəndələrindən qərar ver. İlahi, bu gün Öz məhəbbət və mərhəmətinlə Sənə yaxın olan bəndələrindən qərar ver. Ey mərhəmət edənlərin ən mərhəmətlisi!

MÖVZUNUN DAVAMI

851 Görüş

Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Dördüncü günün duası: İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şük etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!

MÖVZUNUN DAVAMI

813 Görüş

 Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

Üçüncü günün duası: İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!

MÖVZUNUN DAVAMI

751 Görüş

 Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

  • Tarixində 19 February 2026
  • Saat 20:22

İkinci günün duası: İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et. Məni Öz qəzəbindən və əzabından uzaqlaşdır. Məni Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin ən rəhmlisi!

MÖVZUNUN DAVAMI

753 Görüş