Həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
- Tarixində 19 December 2025
- Saat 13:37
Hicri-qəməri 1443-cü il məhərrəm ayının 12-i, miladi 2021-ci il avqustın 21-i bir nəqlə əsasən, həzrət Seyyiduş-şuhədanın əziz oğlu, Kərbəlada Bəni-Uməyyə kafirlərinin törətdikləri faciənin şahidi həzrət imam Əli ibn Huseyn Zeynul-Abidin əleyhiməssəlamın şəhadət günüdür
İslam dininin qorunub hifz olunması
- Tarixində 19 December 2025
- Saat 13:37
Kərbəla hadisəsi bütün yaş qruplarının öyrənməsi üçün lazım olan dərslər və ibrətlər məktəbidir. Bu ali məktəbdə Məsum və kamal zirvəsinə ucalmış insanların həyat təcrübələri tədris olunur. Burada ibadət, əqidə, elm, mərifət, əxlaq, əməl və rəftar meydanlarında Allah-taaladan şərəf medalı almış nümunəvi və layiqli insanların təlim-tərbiyəsi öyrədilir
İmam Huseyn əleyhissəlama edilən zülmlərə ağlamaq
- Tarixində 19 December 2025
- Saat 13:37
Kərbəla hadisəsinə bərabər bir hadisə nə keçmişdə olmuşdur, nə də gələcəkdə baş verəcəkdir. Aşura məktəbinin dərsləri Qiyamətə qədər insanlara ibrət olacaqdır. Bu qiyamın qarşısında müsəlman və kafir, müvəhhid və müşrik, dost və düşmən təzim edir, göz yaşları tökürlər
Hidayət çırağı və nicat gəmisi
- Tarixində 19 December 2025
- Saat 13:37
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: And olsun məni haqq peyğəmbərliyə seçmiş Allaha, Huseyn ibn Əlinin səmada olan məqamı onun yerdə olan məqamından daha ucadır. Odur ki, Allah-taalanın Ərşinin sağında yazılıbdır: “Hidayət çırağı və nicat gəmisi.”
Məhərrəm ayı
- Tarixində 19 December 2025
- Saat 13:37
Hicri-qəməri 1443-cü ilin məhərrəm ayı gəlib çatdı. Cahillik dövründə bu ayın hörməti qorunub riayət olunardı. Lakin özlərini müsəlman adlandıran bir dəstə yırtıcı, qan tökülməsi haram olan bu ayda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, Əmirəl-möminin və Siddiqeyi Kubranın (əleyhiməssəlam) gözlərinin nuru Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamı susuz...
Həzrət İmam Musa ibn Cəfərin (əleyhiməssəlam) viladəti
- Tarixində 19 December 2025
- Saat 13:37
Hicri-qəməri 1442-ci il zil-hiccə ayının 20-i, miladi 2021-ci il iyulun 31-i İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür
Qədir Xum bayramı
- Tarixində 19 December 2025
- Saat 13:37
Hicri-qəməri 1442-ci il zil-hiccə ayının 18-i, miladi 2021-ci il iyul ayının 29-u müqəddəs Məkkə ətrafında Cohfə yaxınlığında Qədiri-Xum adlanan bir vadidə Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Allah-taalanın göstərişi ilə Əmirəl-möminin həzrət Əl ibn Əbi Talib əleyhissəlamı özündən sonra bütün müsəlmanlara xəlifə və imam tanıtdırması günüdür
Həzrət Əliyən-Nəqi İmam Hadi əleyhissəlamın təvəllüdü
- Tarixində 19 December 2025
- Saat 13:37
Hicri-qəməri 1442-ci il zul-hiccə ayının 15-i, miladi 2021-ci il iyul ayının 26-ı imamət və vilayət səmasının onuncu parlaq ulduzu həzrət imam Əli ibn Muhəmməd Hadinin (əleyhiməssəlam) təvəllüd günüdür
