Həzrət Əbu Talib əleyhissəlamın vəfatı
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı tarixində həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür
Həzrət imam Musa ibn Cəfərin (ə) şəhadət günü
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicri-qəməri 1445-ci il rəcəb ayının 25-i, miladi 2024-cü il fevralın 6-ı imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdür
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicri-qəməri 1445-ci il rəcəb ayının 15-i, miladi 2024-cü il yanvarın 27-i Əhli-Beyt xanədanının ilk qız övladı, Əmirəl-möminin Əlinin (əleyhissəlam) zinəti, Kərbəla qiyamının davamçısı, müsibətlər anası həzrət Zeynəbi-Kubra əleyhasəlamın şəhadət simalı vəfatının ildönümüdür
Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicri-qəməri 1445-cü il rəcəb ayının 13-ü, miladi 2024-cü il, yanvar ayının 25-i, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib əleyhissəlamın mövlud günüdür
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicri-qəməri 1445-ci il rəcəb ayının 10-u, miladi 2024-cü il yanvarın 22-i imamət və vilayət səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüd günüdür
Həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadəti
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicri-qəməri 1445-ci il, rəcəb ayının 3-ü, miladi 2024-cü il yanvarın 15-i məşhur nəzərə əsasən, həzrət Əliyyən-Nəqi imam Hadi əleyhissəlamın şəhadət günüdür. Bu böyük əza gününü o həzrətin əziz nəvəsi həzrət imam Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) təsəlli deyir və Əhli-Beyt əleyhimussəlamın həqiqi şiələrinə, eləcə də bütün haqsevən insanlara başsağlığı veririk
Həzrət İmam Baqir əleyhissəlamın təvəllüdü
- Tarixində 18 February 2026
- Saat 01:44
Hicri-qəməri 1445-ci il, rəcəb ayının 1-i, miladi 2024-cü il, yanvar ayının 13-ü imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür
Rəcəb ayı istiğfar və bağışlanmaq ayıdır
- Tarixində 18 February 2026
- Saat 01:44
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: “Rəcəb ayı mənim ümmətimin istiğfar və bağışlanmaq ayıdır, bu ayda İlahi dərgaha üz tutub öz günahlarınızdan bağışlanmağı istəyin,Allah-taala bağışlayan və mehribandır.”
