Ramazan ayının dördüncü gününün duası
- Tarixində 18 February 2026
- Saat 21:47
İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şük etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!
Ramazan ayının üçüncü gününün duası
- Tarixində 18 February 2026
- Saat 21:47
İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!
Ramazan ayının müştərək əməlləri
- Tarixində 18 February 2026
- Saat 21:47
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğunu rəvayət edirlər: – “Hər kəs bu duanı mübarək ramazan ayında hər vacib namazdan sonra oxusa, Allah taala Qiyamət gününə kimi onun günahlarını bağışlayar”
Ramazan ayının müştərək əməlləri
- Tarixində 18 February 2026
- Saat 21:47
Hər vacibi namazdan sonra bu duanı oxumaq: “Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və huvə şəhru Rəməzanəlləzi ənzəltə fihil Qur`an,
Mübarək Ramazan ayının ikinci gününün duası
- Tarixində 18 February 2026
- Saat 21:47
İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et. Məni Öz qəzəbindən və əzabından uzaqlaşdır. Məni Quranın ayələrini oxumağa nail et. Ey rəhm edənlərin ən rəhmlisi!
Ramazan ayının fəzilətləri və əməlləri
- Tarixində 18 February 2026
- Saat 21:47
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Ey camaat, həqiqətən Allahın ayı rəhmət və bərəkətlə sizə tərəf üz tutmuşdur. Bu ay, Allah yanında ən yaxşı ay, onun günləri ən yaxşı gün, gecələri ən yaxşı gecə və saatları ən yaxşı saatdır. Bu ayda Allah sizi öz qonaqlığına dəvət edib və siz ilahi kəramətə şamil olmusunuz. Sizin bu ayda nəfəsləriniz təsbih savabı, yuxunuz...
Mübarək Ramazan ayının birinci gününün duası
- Tarixində 18 February 2026
- Saat 21:47
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
Mübarək Ramazan ayının gəlişi
- Tarixində 18 February 2026
- Saat 21:47
Ey əziz bəndə, məbada bu ay qurtarsın sənin günahların hələ də bağışlanmasın və oruc tutanlar öz muzdlarını alanda sən əliboş qalasan. Bu ayın gecə və gündüzlərində Quran oxumaqla, həmçinin namaz qılıb daha çox ibadət etməklə və xüsusilə, namazları fəzilət vaxtlarında qılaraq çoxlu dua edib istiğfar etməklə Allah taalaya yaxınlaşın!
