Ramazan ayının sonuncu günündə olunan dualar
- Tarixində 19 February 2026
- Saat 02:36
İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur
Ramazan ayının axırıncı gecəsinin əməlləri
- Tarixində 19 February 2026
- Saat 02:36
Ramazan ayının son gecəsi və günü çox mübarəkdir və onda bir neçə əməl var: Qüsl etmək, həzrət İmam Hüseynin (əleyhissəlam) ziyarəti, “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və bir sıra duaların oxunuşu
Ramazan ayının otuzuncı gününün duası
- Tarixində 19 February 2026
- Saat 02:36
İlahi, ağamız Muhəmməd (sallallahu əleyhi və alih) və onun pak Əhli-beytinə (əleyhimussəlam) xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Otuzuncu gecənin duası
- Tarixində 19 February 2026
- Saat 02:36
Həmd-səna şəriki olmayan Allaha məxsusdur. Böyük zatına və qüdrətli calalına layiq olduğu kimi, həmd-səna Allaha məxsusdur. Necə ki, Ona layiqdir. Ey müqəddəs, ey nur, ey müqəddəs nur, ey bütün eyiblərdən uzaq olan, ey paklığın sonu, ey bağışlayan, ey mehribanlıq yaradan! Ey Allah, ey hər şeyi bilən, ey böyük, ey Allah, ey lətif, ey ulu, ey Allah, ey eşidən, ey görən, ey Allah, ey Allah, ey Allah!
Iyirmi doqquzuncu gecənin duası
- Tarixində 19 February 2026
- Saat 02:36
Ey gecəni gündüzə və gündüzü də gecəyə pərdə çəkən! Ey hər şeyi bilən, ey hikmət sahibi, ey şahların şahı, böyüklərin böyüyü! Səndən başqa heç tanrı yoxdur, ey mənə şah damarımdan yaxın olan, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur
Ramazan ayının iyirmi səkkizinci gecəsində oxunan dua
- Tarixində 19 February 2026
- Saat 02:36
Ey hər şeyi bilən, ey böyük, ey bağışlayan, ey daim, ya Allah, ey varis, ey qəbirdə olanları dirildib qaldıran, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur
Ramazan ayının iyirmi səkkizinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 02:36
İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
Ramazan ayının iyirmi yeddinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 02:36
İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!
