Namaz, Allah-təalanın insanı Behişdə daxil etməsi üçün əhd-peymanıdır
- Tarixində 22 December 2025
- Saat 03:48
Həzrət Ayətullah Muhəmməd Cavad Fazil Lənkəraninin (Allah ömrünə bərəkət versin) "Namazın sirləri və ədəb qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
Bəqi qəbiristanlığında müqəddəs məzarların dağıdılması
- Tarixində 22 December 2025
- Saat 03:48
Hicri-qəməri 1344 –cü il şəvval ayının 8-i Bəqi və Uhud qəbiristanlığında milyonlarla Əhli-beyt (əleyhimussəlam) aşiqlərinin ziyarət etdikləri Məsum imamların (əleyhimussəlam) və həzrət Həmzənin (əleyhissəlam) müqəddəs qəbirləri daşürəkli vəhhabilər tərəfindən vəhşicəsinə dağıdılmışdır
Fitr bayramınız mübarək olsun
- Tarixində 22 December 2025
- Saat 03:48
Mükafatlar gecəsi adlanan Fitr bayramı gecəsi yetişdikdə Allah-taala saleh əməl sahiblərinin mükafatlarını saya gəlməz dərəcədə əta edər. Elə ki, Fitr bayramının sübhü olar Allah-taala bütün şəhərlərə Öz mələklərini göndərər ki, keçid və küçələrdə, insanlardan və cinlərdən başqa bütün məxluqatın eşidəcəyi bir səslə belə desinlər: "Ey Muhəmməd ümməti! Kəramətli Allah-taalaya...
Fitr bayramı gecəsi: Şəvval ayının birinci gecəsinin əməlləri
- Tarixində 22 December 2025
- Saat 03:48
Ramazan ayının son günündə və Fitr bayramı gecəsində bir sıra xüsusi ibadətlər nəql olunmuşdur. O cümlədən, Ramazan ayının sonunda müqəddəs Quranın xətm edilmə duası, bu əzəmətli ay ilə vidalaşma duaları və s. Burada möhtəşəm "Məfatihul-cinan" kitabından "Fitr" bayramı gecəsi və şəvval ayının birinci gecəsində gətirilmiş əməlləri sizə təqdim edirik
Ramazan ayının sonuncu günündə olunan dualar
- Tarixində 22 December 2025
- Saat 03:48
İlahi, sinəmi Quranla genişləndir, bədənimi Quranla (Quranın göstərişləri ilə) işə sal, gözümü Quranla işıqlandır, dilimi Quranla aç və yaşadığım vaxta qədər ona əməl etməkdə mənə yardımçı ol! Çünki Səndən başqa heç bir güc və qüdrət yoxdur
Ramazan ayının axırıncı gecəsinin əməlləri
- Tarixində 22 December 2025
- Saat 03:48
Ramazan ayının son gecəsi və günü çox mübarəkdir və onda bir neçə əməl var: Qüsl etmək, həzrət İmam Hüseynin (əleyhissəlam) ziyarəti, “Ənam”, “Kəhf”, “Yasin” surələrini oxumaq və yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və bir sıra duaların oxunuşu
Ramazan ayının otuzuncı gününün duası
- Tarixində 22 December 2025
- Saat 03:48
İlahi, ağamız Muhəmməd (sallallahu əleyhi və alih) və onun pak Əhli-beytinə (əleyhimussəlam) xatir, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!
Otuzuncu gecənin duası
- Tarixində 22 December 2025
- Saat 03:48
Həmd-səna şəriki olmayan Allaha məxsusdur. Böyük zatına və qüdrətli calalına layiq olduğu kimi, həmd-səna Allaha məxsusdur. Necə ki, Ona layiqdir. Ey müqəddəs, ey nur, ey müqəddəs nur, ey bütün eyiblərdən uzaq olan, ey paklığın sonu, ey bağışlayan, ey mehribanlıq yaradan! Ey Allah, ey hər şeyi bilən, ey böyük, ey Allah, ey lətif, ey ulu, ey Allah, ey eşidən, ey görən, ey Allah, ey Allah, ey Allah!
