Həzrət Zəhranın (s) şəhadət günü
- Tarixində 10 December 2025
- Saat 11:09
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Əziz Peyğəmbərimizin (s) sevimli qızı həzrət Zəhranın (s) şəhadət günündə və bütün günlərdə ona həzrətə salam olsun. Salam olsun həyatƏziz Peyğəmbərimizin (s) sevimli qızı həzrət Zəhranın (s) şəhadət günündə və bütün günlərdə ona həzrətə salam olsun. Salam olsun həyat yoldaşının yəni zəmanəsinin imamı yolunda öz canını fəda edən anamıza. Salam olsun ərşdə Allahın müqərrəb mələklərini öz ibadəti ilə heyrətə gətirən və o mələklərin ən yaxşısı olub elmi daşıyan mələk yəni Cəbrail (ə) ilə söhbət edən anamıza. Allahın sonsuz salamı olsun Peyğəmbərin (s) qəlbinin sevinci və gözünün nuru olan Fatiməyə (s). Və nəhayət salam olsun Atasının Anasına.

Fatimiyyə günlərini yaşayırıq. Bu günlər münasibəti ilə ilk öncə illər boyu qəriblikdə ömrünü keçirən və cəddi Hüseyn (ə) üçün qan ağlayan həzrət İmam Zamana (ə), sonra bütün müsəlmanlara məxsusən dünya şiələri ilə yanaşı Azərbaycanda o həzrətin aşiqlərinə başsağlığı veririk. Uca Allahdan bu iki dünya xanımının hamımıza şəfaətçi olmasını diləyirik. Allah bizləri o həzrətin layiqli şiələrindən qərar versin inşallah.