İmam Hüseynin (əleyhissəlam) ziyarətinin bərəkəti
- Tarixində 10 December 2025
- Saat 09:41
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Həzrət İmam Hüseyni (əleyhissəlam) ziyarət etmək ruzi artırar, ömrü uzadar, şər və pislikləri dəf edərBismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Hüseynin (əleyhissəlam) ziyarətinin bərəkəti
Həzrət İmam Baqir əleyhissəlam buyurur:
مُرُوا شِيعَتَنَا بِزِيَارَةِ قَبْرِ الْحُسَيْنِ علیه السلام فَإِنَّ إِتْيَانَهُ يَزِيدُ فِي الرِّزْقِ وَ يَمُدُّ فِي الْعُمُرِ وَ يَدْفَعُ مَدَافِعَ السُّوءِ وَ إِتْيَانَهُ مُفْتَرَضٌ عَلَى كُلِّ مُؤْمِنٍ يُقِرُّ لَهُ بِالْإِمَامَةِ مِنَ اللَّهِ
“Şiələrimizə İmam Hüseynin (əleyhissəlam) qəbrini ziyarət etməyi əmr edin, çünki onu ziyarət etmək:
Ruzi artırar,
Ömrü uzadar,
Şər və pislikləri cəlb edən şeyləri dəf edər.
O Həzrəti ziyarət etmək isə Allah tərəfindən imamətini etiraf edən hər bir möminə vacibdir.” [1]
[1] Kamiluz-ziyarat, səh. 151; Biharul-ənvar. Cild-98, səh. 3; Vəsailuş-Şiə, cild-14, səh. 413