Həzrət Fatimeyi Məsumənin (salamullahi əleyha) anım mərasimi
- Tarixində 10 December 2025
- Saat 09:43
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ona rəhmət etsin) Həzrət Fatimeyi Məsumənin (salamullahi əleyha) anım mərasimi ilə bağlı bəyanatıHəzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ona rəhmət etsin) Həzrət Fatimeyi Məsumənin (salamullahi əleyha) anım mərasimi ilə bağlı bəyanatı.
Həzrət Məsumə (əleyhissalam)-ın doğum və vəfat tarixi haqqında, necə ki, dəfələrlə bəzi minbər əhlinə xüsusi olaraq demişəm ki, siz Həzrət Məsumə (əleyhissalam)-n tarixinə gəldikdə, nə üçün qəti tarix axtarırsınız? Qəti tarix nə deməkdir?
Biz hamımız Həzrət Məsumə (əleyhissalam)-n qonağıyiq, bütün müvəffəqiyyətlər və bərəkətlər ondandır. Tarixdə bu münasibətlə müəyyən bir gün qeydə alınmasa idi belə, biz özümüz onunla əlaqədar il ərzində bir günü təyin etməli olardıq.
İndi o ki, ola bəzi tarixçilər bəzi tərcümeyi-halların yazıldığı kitablarda bu mənanı nəzərə alıb, onun təvəllüd və vəfat tarixlərini qeyd ediblər?
Biz o Həzrətin süfrəsi kənarında oturduğumuz üçün istəyirik ilin bir gününü Həzrət Məsumənin (əleyhissalam) təvəllüdü və bir gününü də vəfatı olaraq qeyd edək.
Həmçinin, Həzrət Məsumə (əleyhissalam)-ı ziyarət etməyin fəziləti gəldikdə, İmam Cavadın (əleyhissalam) Həzrət Məsumə (əleyhissalam) haqqında buyurduğu bu kəlamdan daha böyük nə ola bilər?
Həzrət buyurur:
من زار عمتی فاطمة بقم وجبت له الجنة
“Kim Qumda bibim Fatiməni (əleyhasəlam) ziyarət edərsə, ona cənnət zəmanət verilir.”