Ramazan ayının gecələrində oxunan dua
- Tarixində 10 December 2025
- Saat 15:46
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
İlahi, ey Ramazan ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndərBismilləhir-Rahmənir-Rahim
Ramazan ayının gecələrində oxunan duaMərhum Seyid İbn Tavus “İqbalul-əmal” kitabında rəvayət edir ki, hər kəs bu duanı ramazan ayının gecələrində oxusa, onun qırx illik günahları bağışlanar. Dua belədir:
"اللَّهُمَّ رَبَّ شَهْرِ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ وَ افْتَرَضْتَ عَلَى عِبَادِكَ فِيهِ الصِّيَامَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْزُقْنِي حَجَّ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا وَ فِي كُلِّ عَامٍ وَ اغْفِرْ لِي تِلْكَ الذُّنُوبَ الْعِظَامَ فَاِنَّهُ لا يَغْفِرُهَا غَيْرُكَ يَا رَحْمَانُ يَا عَلامُ"
“Əllahummə rəbbə şəhri rəməzanəlləzi
ənzəltə fihil Qur`an, vəftərəztə əla ibadikə fihis siyam, səlli əla Muhəmmədin
və ali Muhəmməd, vərzuqni həccə bəytikəl hərami fi ami haza, və fi kulli am,
vəğfir li tilkəz zunubəl izam, fəinnəhu la yəğfiruha ğəyruk, ya Rəhimu ya
Əllam.”[1]
“İlahi, ey Ramazan
ayının Rəbbi! Bu ayda Quranı nazil və oruc tutmağı bəndələrinə vacib etmisən.
Peyğəmbər və onun Əhli-beytinə salam və rəhmət göndər, bu il və hər ildə öz
evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin
günahları Səndən başqası bağışlaya bilməz, ey bağışlayan və xəbərdar Allah!”
Mənbə: “Məfatihul-cinan”, Ramazan ayının gecələrinin müştərək əməlləri.
İltimas dua!- Ramazan ayının gecələrində oxunan dua