Həzrət imam Musa ibn Cəfərin (ə) şəhadət günü
- Tarixində 11 December 2025
- Saat 01:52
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il rəcəb ayının 25-i, miladi 2024-cü il fevralın 6-ı imamət və vilayət səmasının yeddinci parlaq ulduzu Cəfəri (əleyhissəlam) məzhəbinin qoruyucusu, həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) şəhadət günüdürBismilləhir-Rahmənir-Rahim
(İstənilən cəhətdə) insanların ən güclüsü olmaq istəyən şəxs, hər bir işdə Uca Allaha təvəkkül etməlidir.
Mənbə: Biharul-ənvar, cild-75, səh. 327, hədis-4
قالَ علیه السلام : اداُ الاْمانَهِ وَالصِّدقُ یَجْلِبانِ الرِّزْقَ، وَالْخِیانَهُ وَالْکِذْبُ یَجْلِبانِ الْفَقْرَ وَالنِّفاقَ
“Əmanətə vəfadarlıq və doğruluq gündəlik inkişafa və ruzinin artımına gətirib çıxarır; Amma əmanətə xəyanət etmək və yalan danışmaq bədbəxtliyə, yoxsulluğa, nifaqa və qəlblərdə zülmətə səbəb olur.”
Tuhəful-uqul, səh. 297
قالَ علیه السلام : ابْلِغْ خَیْرا وَ قُلْ خَیْرا وَلاتَکُنْ إمَّعَه
“İnsanlara xeyirli olun, yaxşı və faydalı sözlər danışın, laqeyd və məsuliyyətsiz şəkildə özünüzü kənara çəkməyin.”
Tuhəful-uqul, səh. 304; Biharul-ınvar, cild-2, səh. 21 və cild-75, səh. 325
Allah-taala Babul-həvaic imam Kazim əleyhissəlamın ehtiramına möminlərin hacətlərin qəbul etsin və onları hər növ xoşagəlməzlikdən qorusun, Amin ya Rabbil aləmin!