Həzrət Fatimei-Zəhra əleyhasəlamın şəhadəti
- Tarixində 16 December 2025
- Saat 00:03
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il cumadil-ula ayının 13-ü, miladi 2023-cü il noyabrın 27-i, bəzi tarixi mənbələrə əsasən həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdürBismilləhir-Rahmənir-Rahim
Həzrət Fatimei-Zəhra əleyhasəlamın şəhadətiHicri-qəməri 1445-ci il
cumadil-ula ayının 13-ü, miladi 2023-cü il noyabrın 27-i, bəzi tarixi mənbələrə
əsasən həzrət Fatimei-Zəhra əleyha səlamın şəhadət günüdür. Bəşər tarixinin
üçüncü şəxsiyyəti olan bu əzəmətli xanımın şəhadəti haqqında bir neçə nəzər bəyan
olunmuşdur. Həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) və onun şərəfli
Əhli-beytinə (əleyhimussəlam) sevgi və məhəbbət bəsləyən müsəlmanlar bu qeyd
edilən tarixlərdə Xanım Zəhranın (əleyhasəlam) xatirəsini əzəmətlə yad edirlər;
onlar şəriətin və müsəlman cəmiyətin tövsiyələrinə müvafiq əməlləri yerinə
yetirməklə Allahın sonuncu hüccəti həzrət Məhdi Sahib-zamanın (Allah onun
zühurunu tezləşdirsin) razılığını ələ gətirib, qəlbinə təsəlli verirlər.
Allah-taala bizlərə də o möminlərin sırasında yer versin və Əhli-Beytin (əleyhimussəlam)
sevinc və kədərinə qoşulanlardan olaq, Amin!
Iltimas dua!
- Fatimiyyə günləri