İmam Huseyn əleyhissəlamın təvəllüdü
- Tarixində 11 December 2025
- Saat 01:33
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il şəban ayının 3-ü, miladi 2023-cü il fevral ayının 24-ü imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdürBismilləhir-Rahmənir-Rahim
Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın
təvəllüdü
Hicri-qəməri 1444-cü il şəban ayının 3-ü, miladi 2023-cü il fevral
ayının 24-ü imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət
cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi
və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud
günüdür. Bu fərəh və şadlıq münasibətilə ilk olaraq həzrət Hüccət ibn Həsən Sahib
Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün Əhli-beyt (əleyhimussəlam)
sevənlərinə və aşiqlərinə saysız-hesabsız təbriklər deyir və məhəbbət dolu sevinclər çatdırıram.
Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamlarından:
» عَمِيتْ عَينٌ لاَ تَرَاکَ عَلَيهَا رَقِيباً«
(“Ya Rəbbim!) Sənin qayğıkeşliyini və hüzurunu duymayan və görməyən göz, kordur.”[1]
Həzrət imam Huseyn əleyhissəlamın dürəfşan kəlamları
Həzrət imam Huseyn əleyhissəlam “Ərəfə” duasında buyurur:
Ya Rəbbim! Sən nə zaman olmamısan ki, olmağın üçün dəlil istənilsin?
Sən nə zaman qeybdə olmusan ki, hazır olmağına nişanə tələb olunsun?
Sən nə zaman gizli olmusan ki, zahir olmağın əlamətə ehtiyaclı olsun?
Sənin qayğıkeşliyini və hüzurunu duymayan və görməyən göz, kor olsun!
Öz məhəbbətindən bəhrələndirmədiyin bəndənin ticarəti ziyanlı olsun!
İltimas dua!