Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
- Tarixində 11 December 2025
- Saat 01:10
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il rəcəb ayının 13-ü, miladi 2023-cص il, fevral ayının 4-ü, Allahın sevimlisi, Peyğəmbərin (sallallahu əleyhi və alih) bərhəqq canişini, vəsilərin seyyidi, elmin şəhəri, dinin qoruqçusu, siddiqe əkbər, faruqe əzəm, müvəhhidlərin mövlası, müttəqilərin imamı, ədalət və düzgünlük rəmzi həzrət Əmirəl-möminin Əli ibn Əbi talib əleyhissəlamın mövlud günüdürBismilləhir-Rahmənir-Rahim
Əmirəl-mö’minin Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir.
Həzrət Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».
Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (əleyhissəlam) həzrət Əlinin (əleyhissəlam) haqqında belə buyurur: «Babam Əli (əleyhissəlam) kimi ibadət edə bilən kimdir?!»
İmam Səccad (əleyhissəlam) Yezidin məclisində özünü tanıtdırmaq üçün oxuduğu xütbədə həzrət Əlinin (əleyhissəlam) bə’zi fəzilətlərini sadalamış və demişdir: «Mən bir kəsin övladıyam ki, hamıdan güclü, şücaətli, əzmli və iradəli olmuş, cəsarətli şir tək döyüş vaxtı ona yaxınlaşan süvariləri dəyirman kimi üyütmüşdür. Qara yel otların üstündən əsdiyi kimi, o da düşmən üstünə şığıyıb onları pərakəndə salmışdır».[1]