Ramazan ayının on altıncı gününün duasının qısa izahı
- Tarixində 10 December 2025
- Saat 14:05
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
İlahi! Bu gün məni yaxşı və layiqli insanlarla müvafiq olub dostluq etməyə müvəffəq et və pis insanlardan uzaqlaşdır, Öz rəhmətinlə məni əbədi məkan olan Behiştdə sakin et, Səni İlahiyyətin və məbudluğuna and verirəm, ey aləmlərin Rəbbi!Bismilləhir-Rahmənir-Rahim
اللَّهُمَّ وَفِّقْنِي فِيهِ لِمُوَافَقَةِ الْأَبْرَارِ وَ جَنِّبْنِي فِيهِ مُرَافَقَةَ الْأَشْرَارِ وَ آوِنِي فِيهِ بِرَحْمَتِكَ إِلَى [فِي] دَارِ الْقَرَارِ بِإِلَهِيَّتِكَ يَا إِلَهَ الْعَالَمِينَ
Duada işlədilən əsas kəlmə və ifadələr:
Duanın möminlərə tövsiyə və peyğamları:
1-Yaxşı və layiqli insanların (əbrar) Qurani-Kərimdə xüsusiyyətləri belə qeyd olunub: İman, bəxşiş, namazı bərpa etmək, zəkat vermək, əhdə vəfalı olmaq, səbir, sədaqət, təqva; (Bəqərə surəsi, ayə 177)
3-Behiştin ləqəblərindən biri “Darul-qarar”dır, çünki bu dünya əməl yeri, Axirət isə istiqrar və cəza verilən məhəldir; (Buharul-Ənvar, cild- 74, səh. 352)
4-Uluhiyyət (İlahi olmaq) ancaq və ancaq Allah-taalaya aiddir, ona görə ki, məbud və pərəstiş olunmağa, yalnız O layiqdir.
Pərvərdigara! Möminləri yaxşılar və əbrarla məhşur et; şər və pis insanların möminlərə yol tapıb onların imanlarını zəiflətmələrinə imkan vermə; möminlərə layiqli və ləzzətli ibadət etməkdə nüsrət göstər; Amin, ya Rəbbil aləmin!