Həzrət imam Musa Kazimin (əleyhissəlam) cavahir kəlamlarından
- Tarixində 17 December 2025
- Saat 05:03
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hər gün öz nəfsini və əməllərini mühasibə etməyən və ölçüb-biçməyən insan bizim dostlarımızdan və şiələrimizdən deyilBismilləhir-Rahmənir-Rahim
Həzrət Musa ibn Cəfər əleyhiməssəlam buyurub:
لَیْسَ مِنّا مَنْ لَمْ
یُحاسِبْ نَفْسَهُ فى كُلِّ یَوْم، فَإِنْ عَمِلَ حَسَناً إسْتَزادَ اللهَ، وَ إنْ
عَمِلَ سَیِّئاً إسْتَغْفَرَاللهَ وَ تابَ اِلَیْهِ
“Hər gün öz nəfsini
və əməllərini mühasibə etməyən və ölçüb-biçməyən insan bizim dostlarımızdan və şiələrimizdən deyil. Amma bu məsələyə
mültəzim olan şəxs, əgər (gün ərzində) yaxşı iş etdiyini və xoş niyyətli
olduğunu görsə, Allah-taaladan belə yaxşı əməllərini artırmasını istəsin və özü
də buna səy etsin. Əgər əməlləri pis və xoşagəlməz olsa, Allahdan məğfirət və
bağışlanmasını diləsin və bu pis əməllərin əvəzində yaxşılıqlar etməyə çalışsın.”
Mənbə: Əl-İxtisa, səh. 26