Həzrət Cavad əleyhissəlamın cəvahir saçan kəlamlarından
- Tarixində 18 December 2025
- Saat 17:37
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Təşəkkür və minnətdarlıq edilməyən nemət və xidmət, bağışlanmaz bir xəta və səhv kimidirBismilləhir-Rahmənir-Rahim
Həzrət imam Muhəmməd Təqi əleyhissəlamın cəvahir saçan kəlamlarından
قالَ علیه السلام: نِعْمَةٌ لاتُشْکرُ کسِیئَةٍ لاتُغْفَرُ
Həzrət imam Muhəmməd Təqi əleyhissəlam buyurdu: “Təşəkkür və minnətdarlıq edilməyən nemət və xidmət, bağışlanmaz bir xəta və səhv kimidir.”[1]
Yəni edilən yaxşılıq və göstərilən xidmət müqabilində təşəkkür və razılıq olunmursa, belə xidmət və yaxşılıq bağışlanması və əfv edilməsi düzgün sayılmayan təqsir və nöqsandır.
[1] Biharul-ənvar, cild-75, səh. 364