Rəcəb ayının birinci gününün əməlləri
- Tarixində 18 December 2025
- Saat 17:39
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Rəcəb ayının birinci günü çox şərəfli gündür. Bu gündə bir neçə əməlin yerinə yetirilməsi qeyd olunurBismilləhir-Rahmənir-Rahim
Rəcəb ayının birinci gününün əməlləri
Rəcəb ayının birinci günü çox şərəfli gündür. Bu gündə bir neçə əməlin yerinə yetirilməsi qeyd olunur:
1. Qüsl almaq.
2. Oruc tutmaq. Rəvayətə əsasən, həzrət Nuh əleyhissəlam bu gündə gəmiyə minib və onunla olanları oruc tutmağa tövsiyə edib. Hər kim bu günü oruc tutsa, cəhənnəm odu ondan bir il fasiləsi uzaqlaşar.
3. İmam Hüseyn əleyhissəlamı ziyarət etmək. Mərhum Kəfəmi Bəşir Dəhhanın İmam Sadiq əleyhissəlamdan belə buyurduğunu yazır: Hər kim Hüseyn ibn Əlini (əleyhiməssəlam) bu ayın əvvəlində ziyarət etsə, Allah taala onun günahlarını bağışlayar.
4. Mərhum İbni Tavus “İqbalul-əmal” kitabında nəql etdiyi duanı oxumaq.
5. Cənab Səlman Farsinin namazını qılmaq.
-------------------------------------
Mənbə: Möhtəşəm “Məfatihul-cinan” kitabı.
- Rəcəb ayının birinci gününün əməlləri