Mübarək rəcəb ayının birinci gecəsinin əməlləri
- Tarixində 18 December 2025
- Saat 17:35
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Bu gecə çox şərəfli gecədir, bu gecədə Quran oxuyub dua etmək çox tövsiyə olunmuşdur. Bəzi alimlərin dediyinə əsasən, qüsl etmək lazımdır. Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, hər kim Rəcəb ayına daxil olsa və ayın əvvəlində, ortasında və axırında qüsl alsa, anadan yeni doğulmuş uşaq kimi günahları bağışlanarBismilləhir-Rahmənir-Rahim
6. Otuz rükət namaz qılmaq. Hər rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini və üç dəfə “İxlas” surəsini oxumaq lazımdır.
7. Mərhum Kəfəminin “Misbah”da gətirdiyi hədisə əməl etmək. Hədis belədir; Əbulbəxtəri Vəhəb ibn Vəhəb İmam Sadiqdən (əleyhissəlam ), o da Əmirəlmöminin Əlidən (əleyhissəlam) nəql edir ki, həzrət bütün il boyu dörd gecədə hər şeydən əl götürüb, o gecələri ehya saxlayıb ibadətlə məşğul olardı. Qeyd olunan dörd gecə bunlardır; Rəcəb ayının ilk gecəsi, Şəban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecələri. İmam Məhəmməd Cavadın (əleyhissəlam) belə buyurduğu nəql olunur ki, aşağıdakı duanı Rəcəb ayının ilk gecəsində işa namazından sonra oxumaq müstəhəbdir:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّكَ مَلِكٌ وَ أَنَّكَ عَلَى كُلِّ شَيْءٍ مُقْتَدِرٌ وَ أَنَّكَ مَا تَشَاءُ مِنْ أَمْرٍ يَكُونُ اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ يَا مُحَمَّدُ يَا رَسُولَ اللَّهِ إِنِّي أَتَوَجَّهُ بِكَ إِلَى اللَّهِ رَبِّكَ وَ رَبِّي لِيُنْجِحَ [لِي] بِكَ طَلِبَتِي اللَّهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ وَ الْأَئِمَّةِ مِنْ أَهْلِ بَيْتِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ عَلَيْهِمْ أَنْجِحْ طَلِبَتِي
Əllahummə inni əs`əlukə biənnəkə məlik, və ənnəkə əla kulli şəy`in muqtədir, və ənnəkə əla ma təşau min əmrin yəkun, Əllahummə inni ətəvəccəhu iləykə binəbiyyikə Muhəmmədin nəbiyyir rəhməh, səlləllahu ələyhi və alih, ya Muhəmmədu ya rəsuləllah, inni ətəvəccəhu bikə iləllahi rəbbikə və rəbbi, liyuncihə (ila) bikə təlibəti, Əllahummə binəbiyyikə Muhəmmədin vəl əimməti min əhli bəytih, səlləllahu ələyhi və ələyhim əncih təlibəti.
İlahi, Səndən istəyirəm ki, həqiqətən, Sən hakimsən, hər bir şeyə qadirsən və istədiyin hər bir iş yerinə yetir! İlahi, rəhmət peyğəmbəri olan Məhəmməd peyğəmbərin (Allahın salamı olsun ona və onun Əhli-beytinə) vasitəsilə Sənə üz gətirmişəm! Ey Allahın Rəsulu, mənim və sənin Rəbbin olan Allahın dərgahında sənə üz gətirmişəm ki, sizin vasitənizlə hacətim rəva olunsun! İlahi, peyğəmbərin Məhəmməd və onun Əhli-beytindən olan imamlara (Allahın salamı olsun ona onlara) xatir, hacətimi rəva et!
Mənbə: Möhtəşəm "Məfatihul-canan" kitabı
Qeyd: Hədislərdə dini münasibətlərlə qeyd edilən fəzilət və savablara çatmaq üçün gələn bir sıra əməllərin çoxluğu möminlərə çətin və ağır gəlməsin. Hər bir mömin öz ruhiyyəsi, qüvvəsi və tələbatı miqdarında həmin əməlləri yerinə yetirməklə savab əldə edər və İlahi dərgaha yaxınlaşar, inşa Allah.