Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 20 December 2025
- Saat 01:23
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
“İlahi! Bu gün mənim orucumu həqiqi oruc tutanların orucundan və Sənə ibadətimi saleh bəndələrinin ibadətindən hesab et; məni qəflətdə yatanların yuxusundan oyat; günahlarımı bağışla. Ey aləmlərin Allahı və ey günahkarları əfv edən!”Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gündəlik dualarıRamazan ayının günləri
üçün çoxlu fəzilət qeyd olunmuşdur və
hər gün üçün çoxlu bərəkət və savabı olan xüsusi dua zikir edilmişdir.
Burada hər günün duasının geniş şərhi deyil, ancaq
özünü, oxunuşunu və tərcüməsini gətiririk.
Birinci günün duası:
اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
Əllahumməc`əl siyami fihi siyaməs saimin və qiyami
fihi qiyaməl qaimin və nəbbihni fihi ən nəvmətil ğafilin və həb li curmi fihi
ya İlahəl aləmin və`fu ənni ya
afiyən ənil mucrimin.
“İlahi! Bu gün mənim orucumu həqiqi oruc tutanların orucundan və Sənə ibadətimi saleh bəndələrinin ibadətindən hesab et; məni qəflətdə yatanların yuxusundan oyat; günahlarımı bağışla. Ey aləmlərin Allahı və ey günahkarları əfv edən!”
İltimas dua!- Mübarək Ramazan ayının gündəlik duaları