pic
pic

Mübarək rəcəb ayının birinci gününün əməlləri

Xəbərin xülasəsi :
Bu gün çox şərafətli gündür və onda müstəhəb olan bir neçə əməl var

Bismilləhir-Rahmənir-Rahim

Mübarək rəcəb ayının birinci gününün əməlləri

Bu gün çox şərafətli gündür və onda müstəhəb olan bir neçə əməl var;

1. Oruc tutmaq, hədislərə əsasən, Nuh peyğəmbər bu gündə gəmiyə minib və onunla olanları oruc tutmağa əmr edib. Hər kim bu günü oruc tutsa, cəhənnəm odu ondan bir il uzaqlaşar.

2. Qüsl almaq.

3. İmam Hüseyni (əleyhissəlam) ziyarət etmək. Mərhum Kəfəmi yazır ki, Bəşir Dəhhan İmam Sadiqdən (ə) belə nəql edir, həzrət buyurdu: Hər kim Hüseyn ibn Əlini (əleyhiməssəlam) bu ayın əvvəli ziyarət etsə, şübhəsiz, Allah taala onu bağışlayar.

4. İbni Tavusun “İqbal”da nəql etdiyi uzun duanı oxumaq.

5. Cənab Salmanın namazın qılmaq (Məfatihul-cinan kitabına müraciət edin).

Mənbə: Məfatihul-cinan kitabı.

536 Görüş