Həzrət imam Zaman əleyhissəlamın imamətinin başlandığı gün
- Tarixində 20 December 2025
- Saat 07:08
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri qəməri 1442-ci il rəbiul əvvəl ayının 9-u, miladi 2020-ci il oktyabrın 26-ı Yer üzündə Allah-taalanın sonuncu hüccəti, bəşəriyyətin xilas vericisi, mümkünat aləminin qütbü, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) sonuncu canişini, həzrət Fatimə və həzrət Əli (əleyhiməssəlam) övladlarından olan imamət və xilafət səmasının on ikinci parlaq ulduzu, zamanın imamı və rəhbəri, həzrət Hüccət ibn Həsən əleyhissəlamın imamət dövrünün başlandığı gün olaraq qeyd edilirBismilləhir-Rahmənir-Rahim
Həzrət imam Zaman əleyhissəlamın imamət dövrünün başlandığı günHicri qəməri 1442-ci il rəbiul
əvvəl ayının 9-u, miladi 2020-ci il oktyabrın 26-ı Yer üzündə Allah-taalanın
sonuncu hüccəti, bəşəriyyətin xilas vericisi, mümkünat aləminin qütbü, həzrət
Peyğəmbərin (sallallahu əleyhi və alih) sonuncu canişini, həzrət Fatimə və həzrət
Əli (əleyhiməssəlam) övladlarından olan imamət və xilafət səmasının on ikinci parlaq
ulduzu, zamanın imamı və rəhbəri, həzrət Hüccət ibn Həsən əleyhissəlamın imamət
dövrünün başlandığı gün olaraq qeyd edilir. Allah taala bəşəriyyəti bütün çətinliklər
və sıxıntılardan xilas edən bu sevimli və əziz rəhbərin zühurunu tezləşdirsin!
Bu şad və təntənəli gün münasibətilə Əhli-beyt (əleyhimussəlam) aşiqlərini səmimi
təbrik edir və cümləliklə əziz imamın hüzuruna yetmək və onun göstərişlərinə əməl
etmək nailiyyətini qazanmağı arzulayırıq, inşa Allah!
Həzrət imam Zaman əleyhissəlamın dürəfşan kəlamlarından
أمَّا الْحَوادِثُ الْواقِعَهُ فَارْجِعُوا فیها إلى رُواهِ حَدیثِنا (أحادیثِنا)، فَإنَّهُمْ حُجَّتی عَلَیْکُمْ وَ أنَا حُجَّهُ اللهِ عَلَیْکُمْ
Həyatda qarşıya gələn hər bir hadisə və çətinliklərin -ictimai, siyasi, ibadi, iqtisadi, hərbi, mədəni və s. həllində bizim hədislərimizi nəql edən alimlərə və fəqihlərə müraciət edin; onlar (İmamın) qeyb dövründə mənim sizə hüccətim və sübut-dəlilimdir, mən də Allah-taalanın onlara hüccət və sübut-dəliliyəm.
Mənbə: Biharul-ənvar, cild-75, səh. 380, hədis-1