Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 21 December 2025
- Saat 05:13
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Üçüncü günün duası: İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gündəlik duaları
Ramazan ayının üçüncü gününün duası:
“اللَّهُمَّ ارْزُقْنِي فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِي فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِي نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ”
“Əllahummərzuqni fihiz zihnə vət tənbih, və baidni fihi minəs səfahəti vət təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.”
İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün Öz səxavətinlə nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Ey səxavətlilərin ən səxavətlisi!
İltimas dua!