Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
- Tarixində 10 December 2025
- Saat 16:51
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri-qəməri 1441-ci il Şəban ayının 15-i, miladi aprel ayının 9-u bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (əccələllahu təala fərəcəhuş-Şərif) təvəllüd günüdürBismilləhir-Rahmənir-Rahim
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günüHicri-qəməri 1441-ci il Şəban
ayının 15-i, miladi aprel ayının 9-u bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət
Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (əccələllahu təala fərəcəhuş-Şərif)
təvəllüd günüdür. Bu əzəmətli və şad günü öncə o Həzrətin əziz anası, Cənnət
xanımlarının ən şərəflisi, həzrət Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih)
gözünün nuru və qəlbi həzrət Fatimei-Zəhraya (salavatullah əleyha) təbrik
deyirik, eyni zamanda bu sevimli münasibətlə sevincimizi bütün mömin
bacı-qardaşlarla bölüşdürərək arzu edirik hamılıqla bu günün fəzilətindən tam şəkildə
faydalanaq.