Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı
- Tarixində 21 December 2025
- Saat 12:29
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Hicri qəməri 1441-ci il rəcəb ayının 27-si, miladi 2020-ci il mart ayının 22-i bəşər tarixinin ən böyük və təsirli hadisələrindən biri, həzrət Peyğəmbər-Əkrəm Muhəmməd ibn Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin insanlara elan edilməsi, “məbəs” bayramı günüdürBismilləhir-Rahmənir-Rahim
Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məbəs bayramı
Hicri qəməri
1441-ci il rəcəb ayının 27-si, miladi 2020-ci il mart ayının 22-i bəşər tarixinin
ən böyük və təsirli hadisələrindən biri, həzrət Peyğəmbər-Əkrəm Muhəmməd ibn
Abdullahın (sallallahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyinin
insanlara elan edilməsi, “məbəs” bayramı günüdür. Məhz bu elandan sonra həzrət
Rəsuləllah (sallallahu əleyhi və alih) insanları Quranın və İslam şəriətinin
göstərişlərinə əməl etməyə çağırmış və yer üzərində Allah-taalanın sonuncu
dininin qanunlarının bərpa edilməsi ilə bəşəriyyətə müjdə vermişdir. Sevinc və
şadlıqla yad edilən bu əzəmətli gündə bütün müsəlmanları, xüsusən əziz Peyğəmbərimizin
(sallallahu əleyhi və alih) və onun sevimli Əhli-Beytinin (əleyhimussəlam) göstərişləri
əsasında İslamı öz yaşayışlarında uca və şərəfli tutan mömin bacı və qardaşları
ürəkdən təbrik edirik.