İftar zamanı oxunan dua
- Tarixində 10 December 2025
- Saat 15:47
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Allahın adı ilə! Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et. Çünki Sən eşidən və bilənsənBismilləhir-Rahmənir-Rahim
İftar zamanı oxunan duaMüstəhəbdir ki, oruc tutan
şəxs iftar etməzdən öncə dua etsin. İftar dualarından, o cümlədən, nəql olunur
ki, həzrət Əli əleyhissəlam iftar etmək istərkən bu duanı oxuyarmış:
بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا
فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ] مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ”
“Bismillah, Əllahummə ləkə
sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs səmiul əlim.”
Allahın adı ilə! Səndən
ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul
et. Çünki Sən eşidən və bilənsən.
Hər kəs birinci tikəsində bu duanı oxusa, Allah taala onu bağışlayar:
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ
لِي”
“Bismillahir rəhmanir rəhim,
ya vasiəl məğfirəti iğfir li”.
Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz
bəxşiş sahibi, mənim günahlarımı bağışla!
Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında
Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan sənin də onlardan
biri olmağını istə.
İltimas dua!
- İftar zamanı oxunan dua