Həzrət Səccad əleyhissəlamın Ramazan ayında duası
- Tarixində 18 December 2025
- Saat 22:11
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin hüzurunda namaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasınBismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Əli ibn Huseyn əleyhiməssəlamın möhtəşəm “Səhifei-Səccadiyyə” kitabının 44-cü duasında mübarək Ramazan ayının gəlişi münasibəti ilə Allah-təalanın dərgahında etdiyi münacatını siz əzizlərə təqdim edirik.
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ امْحَقْ ذُنُوبَنَا مَعَ امِّحَاقِ هِلالِهِ، وَ اسْلَخْ عَنَّا تَبِعَاتِنَا مَعَ انْسِلاخِ أَيَّامِهِ حَتَّى يَنْقَضِيَ عَنَّا وَ قَدْ صَفَّيْتَنَا فِيهِ مِنَ الْخَطِيئَاتِ، وَ أَخْلَصْتَنَا فِيهِ مِنَ السَّيِّئَاتِ. اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ إِنْ مِلْنَا فِيهِ فَعَدِّلْنَا، وَ إِنْ زُغْنَا فِيهِ فَقَوِّمْنَا، وَ إِنِ اشْتَمَلَ عَلَيْنَا عَدُوُّكَ الشَّيْطَانُ فَاسْتَنْقِذْنَا مِنْهُ. اللَّهُمَّ اشْحَنْهُ بِعِبَادَتِنَا إِيَّاكَ، وَ زَيِّنْ أَوْقَاتَهُ بِطَاعَتِنَا لَكَ، وَ أَعِنَّا فِي نَهَارِهِ عَلَى صِيَامِهِ، وَ فِي لَيْلِهِ عَلَى الصَّلاةِ وَ التَّضَرُّعِ إِلَيْكَ، وَ الْخُشُوعِ لَكَ، وَ الذِّلَّةِ بَيْنَ يَدَيْكَ حَتَّى لا يَشْهَدَ نَهَارُهُ عَلَيْنَا بِغَفْلَةٍ، وَ لا لَيْلُهُ بِتَفْرِيطٍ.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir, və Ramazan ayanın sona yetməsi ilə günahlarımızı da sona yetir, günlərinin ötməsi ilə günahlarımızın aqibətini də bizdən uzaqlaşdır ki, bizdən günahlarımızı yumaqla, xətalarımızı pak etməklə bitsin.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və əgər bu ayda azarıqsa Sən bizi ədəblən-dir, doğru yoldan dönəriksə Sən bizi sabit qədəm et, əgər düşmənin şeytan bizə rücah olarsa Sən bizi ondan xilas et.
Ey mənim Rəbbim, bu ayı ibadətimizlə doldur, vaxtlarını Sənə ibadət etməklə zinətləndir, gündüzündə oruc tutmağa, gecəsində Sənin hüzurunda namaz qılıb nalə etməyə, qarşında təslim olmağa yardım et ki, gündüzü qəflətimizə, gecəsi də təqsirimizə şahid olmasın.
İltimas dua