Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusuda çıxışları
- Tarixində 16 February 2026
- Saat 21:15
- Mətləbin print edilməsi
Xəbərin xülasəsi :
Bəşərin dinə olan ehtiyacı və onunla möhkəm və qırılmaz rabitəsi baxımından, mümkündür dindarlığı zəifləsin, ya artsın. Bəşər, nə din sahibidir və nə də din ilə kamil tanışlığa malikdir, ona görə də, dini ehya edib yenilədən və onu bəşərin səhv fikirlərindən təmizləyən bir şəxsin gəlməsi labüddürBismilləhir-Rahmənir-Rahim
Birinci çıxış (ardı)
[1] O cümlədən, bu hədisdə Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurur:
" يَحْمِلُ هَذَا الْعِلْمَ مِنْ كُلِّ خَلَفٍ عُدُولٌ يَنْفُونَ عَنْهُ تَحْرِيفَ الْجَاهِلِينَ وَ انْتِحَالَ الْمُبْطِلِينَ وَ تَأْوِيلَ الْغَالِين "
Müraciət edin: “Mustədrəkul-vəsail”, mərhum Muhəddis Nuri, cild-17, səh. 313. Yaxud bu məzmunda əhli sünnə mənbələrində belə buyurur:
"يحمل هذا العلم من کلّ خلف عدوله، و ينفون عنه تحريف الغالين و انتحال المبطلين و تأويل الجاهلين"
“Hər bir dövrdə və zamanda adil və pak insanlar bu elmi öz üzərlərinə götürürlər, onu ifratçıların təhrifindən, batil nəzəriyyələrdən və cahillərin yersiz təfsirindən qoruyub saxlayırlar.” Müraciət edin: Əs-sunən kubra, Bəyhəqi, cild-1, səh. 209.
[2] Nəhcul-bəlağə, 138-ci xütbə.