pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Allah zülm edirmi?
Tarixində 17 February 2026 & Saat 10:42

Allah bu qədər çox zülm edirmi? Biz peyğəmbərikmi imtahan olaq? Ümumiyyətlə ürəyim cəhənnəmə getmək istəyir nə edim? Dünyada olan bu qədər zülmə artıq dözə bilmirəm.

MÖVZUNUN DAVAMI

3132 Görüş

Bankda işləmək
Tarixində 17 February 2026 & Saat 10:42

Sizə bir sual ilə müraciət etmək istəyirəm. Bir şəxsin özəl bir bankda kredit işçisi kimi işləməsinin şəri hökmu nədir? Bunuda qeyd edim ki, həmin insanın stabil maaşının üstünə əlavə olaraq bankın xususi vəsaitindən verdiyi kredit məbləğinin müəyyən faizi bonus kimi gəlir. Misal üçün əgər 100000 manat kredit veribsə onun 0.04 faizi əlavə olaraq əsas maaşının üstünə bonus kimi gəlir.Xaiş edirəm bu sualıma şəri baximdan dəqiq cavab verəsiniz. Çünki bu mənim üçün çox vacibdir. Verdiyiniz cavaba görə əvvəlcədən dərin təşəkkürümü bildiririrəm. Allah razı olsun!

MÖVZUNUN DAVAMI

3127 Görüş

Mwsafirin haqqında
Tarixində 17 February 2026 & Saat 10:42

1.Şəhərin tabeliyində çoxlu kəndlər olur və həmin şəhərin bir
kəndindən o biri kəndinə 8 fərsəxdən çox yol qət edən adam müsafir
sayılırmı?
2.Bir şəhər ilə digər şəhər arasındakı məsafə 8 fərsəxdən çox, o
şəhərlərin kəndləri arasındakı məsafə isə 8 fərsəxdən azdır. Bir nəfər
öz şəhərinin mərkəzindən qonşu şəhərin yaxın kəndinə getsə müsafir
sayılırmı?
3.Əgər şəhərlərin çoxlu kəndləri varsa tərəxxüs həddi şəhərlərin
divarları arasından götürülər, yoxsa kəndlərin? Məsələn, Lənkəranın
Parakənd kəndi ilə Astaranın Pənsər kəndi bir-birinə çox yaxındır.
Lənkəran şəhərindən Pensər kəndinə qədər 21 km-dir, Parakənddən
Pənsərə qədər 3 km-dir. Lənkəran şəhərindən Pənsərə gedən adam
namazını necə qılmalıdır?

MÖVZUNUN DAVAMI

3113 Görüş

Paltar yuyan maşın
Tarixində 17 February 2026 & Saat 10:42

Əgər möminin yuxuda boynuna cənabət quslu gəlirsə, onun paltarlarını, paltar yuyan maşınla yumaq düzgündürmü?

MÖVZUNUN DAVAMI

3099 Görüş

Namazın səcdəsi
Tarixində 17 February 2026 & Saat 10:42

Namaz qılan şəxsin beyin təzyiqi baximindan səhhətində problemi var. Səcdəyə getmək səhhətində problem yaradır. Bu halda olanın namazının hökmü necədir və hansı formada namaz qila bilər?

MÖVZUNUN DAVAMI

3087 Görüş