SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunCadu haqda
Tarixində 10 December 2025 & Saat 10:29
Biz molla yanına istixarə etdirmək üçün getmişdik, amma molla Quranı açıb bizim ailəmiz üçün cadu edildiyini, bir qəbir kənarında basdırıldığını söylədi. Bu cadunu necə tapaq, onu murdarlasaq sehrin təsirindən azad ola bilərikmi?
22909 Görüş
İntişarMəst edici maye
Tarixində 10 December 2025 & Saat 10:29
1-Əsli maye və məst edici olan tibb spirtini Ağa Lənkərani (r.ə) pak bilirdi?
2- Müəyyən bir qidalar var ki, xarab olmayıb saxlanılması üçün onların tərkibinə məst edici spirt vururlar. Belə qidalardan yemək olar?
2536 Görüş
İntişarCadu haqda
Tarixində 10 December 2025 & Saat 10:29
Bizim evdə heç kim bir-biri ilə yola getmir, bir dəfə quran açdırdıq, bildirdilər ki bizə sehr-cadu edilib qəbristanlıqda basdırılmışdır. Doğrusu əvvəllər biz bunlara inanmazdıq, amma dini kitablar oxuduqca məlum oldu ki, peyğəmbərlərin həyatında da bu kimi hadisələr baş vermişdir. Cadunu tapıb çıxarsaq, onu batil edə bilərikmi? Və yaxud yalnız namaz ilə qorunmaq mümkündürmü?
3647 Görüş
İntişarMüxtəlif
Tarixində 10 December 2025 & Saat 10:29
Mən namaz qıldığım andan bu günədək çoxlu mənəvi təyziqlərlə qarşılaşmışam. Acı vəziyyətim o yerə çatıb ki, dəfələrlə intihara təşəbbüs etmişəm. Məni intihara sürükləyən dinsizliyimdirsə, məni dinsizliyə sürükləyən dindarlığımdır. Dindar olmağım dinsizlərə ağır gəlib. Hazırda da Azərbaycan Dinsiz Respublikası (ADR) məni gecə-gündüz izləyir. Artıq mənim üçün istənilən sahədə həyat bitmişdir. Hər şeyimi əlimdən aldılar gələcəyimi də itirdim. Onların istəklərinə uyub onlardan biri olmuşam namaz qılmıram. Məni yaxınlarım zəiflətdi yoxsa məndən hazırda İslamın düşmənləri çox qorxur bilirlər ki, mən nə qədər varam onlar təhlükədədirlər. Həzrət Əli (ə) tarixdə kafirlərin qatili kimi xatırlanır. Əli (ə) kimi bütün kafirləri yox etmək hər möminin arzusudur. Ağa, bilmək istəyərdim şəriətdə intihar etmək üçün caiz hallar varmı, yəni istisna halları?
Çünki mən indi heç nəyə yaramıram. Mənimlə müharibə Allahla müharibə idi. Kafirlər Allahdan almaq istədiyi qisası məndən aldılar. Bir neçə gün öncə yuxuda 12 imamın əbasını evimdə asıldığını gördüm 12 əbanın ətəyini öpdüm. Halbuki indi namaz qılmıram. Bir neçə ay öncə şəklinizi anam görmüşdü elə düşünüb ki bu şəkil mənimdir. Saytınızdakı məlumatları çox oxuyuram çox faydalıdır amma şərh yazmağa həya edirdim namaz qılmıram dindən ayrılmışam. 124 min peyğəmbərin (ə) dinindən.
Uca Allah sizi qorusun! Nə yaxşı ki, belə həyatda sizin kimi Allah höccəti də var. Bu isə Allahın bu ümmət üzərindəki rəhmətlərindəndir.
2377 Görüş
İntişarİstixarənin mənası
Tarixində 10 December 2025 & Saat 10:29
Mən bir şirkətdə çalışıram və bu yaxınlarda elə həmin şirkətdə daha yaxşı maaşla, vəzifəsi də üstün olan bir vakant yer əmələ gəlib. Mənə də o yerdə işləmək təklif olunub. Təklif gələndən sonra mən yeni işə keçib-keçməməkdə qərarsız olduğum üçün “istixarə” etdirdim və cavabı çox pis gəldi. İndi isə qərarsızam o işə keçim yoxsa yox? Ümumiyyətlə bu məsələdə istixarə etmək olarmı?
2724 Görüş
İntişar