pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Haram musiqi
Tarixində 10 December 2025 & Saat 09:20

Sizin musiqi və rəqslə bağlı nəzəriniz bəllidir. Rəqsi tamamilə haram buyurmusuz. Amma musiqi məsələsində bəzi anlaşılmayan məqamlar var. Azərbaycanda 3 cür toy mərasimi olur. Biri eyş-işrət, çalıb-oynamaq, arvad-kişi qarışıq olan günah məclisi. Digər ikisi isə möminlərin toy məclisi. Bu ikisinin də fərqi vardır. Belə ki, bəziləri bir vaxt sizin, kişinin kişi məclisində, qadının da qadın məclisində rəqs etməsinə icazə verdiyiniz vaxt o cür toy edirdi. Ikinci dəstə möminlər isə rəqs olmayan, əhli-beyti zikr edən, surudlar oxuyan məddahlarla toy edir. Sonra sizdən sual olundu, rəqs toyunun haram olduğunu cavablandırdınız. Indi yalnız məddahlar əhli-beyti zikr edən musiqilər oxuyurlar. Lakin bir məsələ var. Məddahlar bir cox musiqi alətindən istifadə edir, o musiqilər de sümüyə düşən, ritmik ve ğina sayıla biləcək musiqilərdir. Yəni Peyğəmbər və əhli-beyt zikrini ondan ayırsan, başqa məclislərdə çalınan musiqidən heç fərq eləmir. Bu cür musiqilərin çalınması və əhli-beytin bu musiqilərlə zikr olunması caizdir yoxsa yox?

MÖVZUNUN DAVAMI

3035 Görüş

Ərlə xanım razılığı
Tarixində 10 December 2025 & Saat 09:20

Mən istəyirəm uşağa paltar almaq üçün ərimdən xəlvət pul yığam. Ərim biləndə onu məndən alıb boş şeylər üçün xərcləyir. İndi mən ərimdən gizli pul yığa bilərəm?

MÖVZUNUN DAVAMI

2332 Görüş

Yasinin ölüyə oxunması
Tarixində 10 December 2025 & Saat 09:20

Bəzi məzhəblər ölüyə yasin oxutmağımızı irad tutur və deyirlər ki, Quran yalnız dirilər üçündür. Onun ölüyə savabı yoxdur.

MÖVZUNUN DAVAMI

2948 Görüş

Evin haram pulla alınması
Tarixində 10 December 2025 & Saat 09:20

Əgər evin tikildiyi torpaq sahəsi halal pul ilə alınıb, ev isə haram pulla tikilmişdirsə o evin içində döşəmənin üstünə halal pulla alınmış xalça sərib namaz qılmaq olarmı ?

MÖVZUNUN DAVAMI

2614 Görüş

Spirtli dərman
Tarixində 10 December 2025 & Saat 09:20

Spirtdən hazırlanmış dərmanları qəbul etmək olarmı? Belə halda namaz qılmaq düzgündürmü? Ümumiyyətlə spirtlə hazırlanmış dərmanlar qəbul etmək olarmı?

MÖVZUNUN DAVAMI

2523 Görüş