SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunGünahlardan tövbə etmək yolu
Tarixində 10 December 2025 & Saat 09:24
Öz ömrümün neçə illərini günahla keçirmişəm. Mehriban Allahın lütfü və məsum imamların (əleyhimussəlam) inayətilə çox peşman olmuşam. Lütfən deyin, günahlardan tövbə etmək yolu nədir?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab: Öz günahınızdan peşman olub tövbə etməyə nail olduğunuz üçün gərək Allaha şükr edəsiniz. Tövbənin mühəqqəq olması üçün günahdan peşmançılıq və Allah-taalaya günahınızın bağışlanması üçün istiğfar etməyiniz kifayətdir. Əgər xalqın malını və ya haqqını zaye etmisinizsə, gərək onun əvəzini verəsiniz.