SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunUşağa qalmamaq üçün dava-dərmandan istifadə etmək
Tarixində 10 December 2025 & Saat 11:10
Uşağa qalmamaq üçün dava-dərmandan və müxtəlif vasitələrdən istifadə etmək olarmı?
Allahın adı ilə
Cavab: Uşağa qalmamaq üçün zərəri və fəsadı olmayan, eləcə də naməhrəmin əl vurub baxmasına səbəb olmayan hər vasitədən və dərmandan istifadə etməyin maneəsi yoxdur. Eyni zamanda uşağı salmaq –siqt etmək haram və böyük günahlardandır. Günahının olmasından əlavə diyəsi (insanı öldürmək müqabilində şəriətin təyin etdiyi pul cəriməsi) də vardır və uşağı salmaq həyatda çox çətinliklərə səbəb olur. Amma icazə verilən üslublardan istifadə etməklə uşağa qalmanın qarşısını ala bilər.