SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunCinsiyyətin təkrar dəyişdirilməsi
Tarixində 10 December 2025 & Saat 09:20
Cinsiyyətin təkrar dəyişdirilməsi caizdirmi? (məsələn bir qadın cərrahiyyə əməliyyatı etdirir, əməliyyat uğursuzluqla başa çatır və o xonsa olur. İkinci əməliyyat isə müvəffəqiyyətlə başa çatır və o kişi olur. Bir müddət belə yaşayandan sonra, onda öz yeni cinsiyyətinə qarşı narazılıq müşahidə olunur və yenidən əvvəlki vəziyyətinə qayıtmaq ücün – yəni qadın olmaq üçün cərrahiyyə əməliyyatına təşəbbüs edir. Həmin şəxsin vəzifəsi nədir?)
Hər fərziyyədə icazəyə əsas olsa, təkrar olmuş olsa belə, caizdir və əhkam baxımından yeni ünvana əsasən əməl etməlidir.