SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunTəqlid məsələsi
Tarixində 10 December 2025 & Saat 09:40
Mən 2008-ci ildə namaza baslamişam təqlidimdə Lənkarani ağaya olub, sonra qardaşlardan eşitdim, Lənkərani ağa 2007-ci ildə dunyasını dəyişib. Mənə dedilər dünyasın dəyişmiş müctehidə təqlid etmək olmaz. Mən o qədərdə əhəmiyyət vermədim və təqlidimi davam etdirdim indiyə qədərdə Lənkarani ağaya təqlid edirəm. Təqlidi dəyişməliyəm ya xeyr?
Əgər ağanın həyatı zamanında onun müqəllidi deyildinizsə və onun fətvasına uyğun əməl etməmişsinizsə, indi də ağadan təqlid edə bilməzsiniz. Siz diri və ayrı müctəhidlərdən bilikli bir müctəhidə təqlid edin! Amma həzrət ağanın zamanında onun fətvalarına uyğun əməl etmiş olsaydınız, indi onun təqlidində qala bilərdiniz.