SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunRəqs etməyin hökmü nədir?
Tarixində 17 February 2026 & Saat 00:46
Salamun aleykum.
Sual: Rəqs etməyin hökmü nədir? Kişinin kişi və qadın yanında, qadının kişi və qadın yanında oynayıb rəqs etməyi şəriət baxımından necədir? Lütfən cavab verin, təşəkkür edirəm
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Rəqs etmək ümumiyyətdə fəsaddır. Kişinin kişi yanında, qadının qadın
yanında rəqs etməsi vacib ehtiyata əsasən, haramdır.
Qadının naməhrəm kişilər və kişinin naməhrəm qadınlar yanında rəqs etməsi də
həmçinin, haramdır.
Ancaq və ancaq qadının öz ərinin yanında, başqalarının olmadığı və çalğı alətləri
olmayan bir halda rəqs etməsi müstəsnadır.
Əsas terminlər:
Naməhrəm yanında rəqs etmək